• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 11.09.2023 20:29

Gəncədə zəncirvari qəza baş verib, xəsarət alan var

KepezTV Player

Gəncə şəhərində zəncirvari qəza baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “VAZ 2107” markalı avtomobil ötmə əməliyyatı zamanı “Opel” markalı maşınla toqquşub. Daha sonra yolda hərəkətdə olan motosikletə çırpılıb. Sonuncu aşaraq yol kənarında dayanan “Hyundai” markalı maşına dəyib. Hadisə zamanı motosikletin sürücüsü 1984-cü il təvəllüdlü Anar Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Vəziyyəti orta-ağırdır. Fakt araşdırılır.