Argentinanın Azərbaycan səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdən bildirilib ki, görüş zamanı, Argentina Prezidenti Alberto Fernandesin 10 sentyabr tarixində Nyu Delhi şəhərində G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı Xarici İşlər Nazirliyinin etiraz notası Argentina səfirinə təqdim edilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bəyanatlardan çəkinilməsinin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb.
- Baxış: 208