Qarabağdakı ermənilər acından ölmür, nə də ki, humanitar vəziyyətləri gərgindir. Əgər bunun əksi olsaydı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən un bir yana, Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq yardımını qəbul edərdilər. Görünür simulyasiya etmək qanlarında olan hayların niyyəti vəziyyəti gərginləşdirməkdən başqa bir şey deyil.
“Acından ölürük”, “çörəyimiz yoxdur”, “bizə kömək edin” və s. kimi həqiqətə uyğun olmayan yalan dolu çağırışlar. Bu gün Xankəndində yaşayan bir qrup erməni separatçıların uydurduğu yalan. Günlərdir Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən iki yük maşını 40 ton unu qəbul etməyən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfində göndərilən humanitar yardımdan da imtina ediblər.
Qafar Əsgərzadə- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti: “Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yardımla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yardım eyni aqibəti yaşamaq üzrədir. Çünki 14 gündür Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən 2 tır un gözləməkdədir və erməni tərəf onu qəbul etməyib. Onu göstərir ki, onların ərzağa olan ehtiyacları haqında hay-küy salmalarına əsas yoxdur. Çünki ehtiyacı olan insan yardımları qəbul edər. Əgər Qızl Aypara Cəmiyyətinin yardımı qəbul olmursa, başqa bir ölkənin neytral bir tərəfdən Qızı Xaç Cəmiyyəti tərəfindən göndərilən bu yardımı qəbul etmək olardı. Rusiya Qızıl Xaç Cəmiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında razılıq əsasında göndəriləcək bu yardımda tam qanuna uyğundur və bütün normalara, neytrallıq prinsipinə uyğundur”.
Məlum olduğu kimi, ermənilər tarixən rusların kölgəsində yaşayıb. Özlərinin Qafqazda yerləşməsi, mövcudluğu və qurduqları erməni dövlətinə görə də ruslara borcludurlar. Onlar bu gün nəfəs alırlarsa rusun pəncəsi altında yaşamaqla buna nail olublar. Ancaq bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yardımın qəbul edilməməsi şübhəli məqamları da ortaya qoyur.
Yeganə Hacıyeva- siyasi şərhçi: “Beynəlxalq Qızıl Xaç komitəsi Xankənindəki humanitar məsələlərdə öz şübhəli məqsədləri naminə bu fəaliyyətləri monopoliyaya alıb. Bu monopoliya da yəni Xankəndinə heç kimin girməsinə icazə vermir. Burada da fərqli suallar yaranır. Xankəndində nə baş verir ki, hansı təchizatlar var ki, digərlərinin gözlə görməməsi, Xankəninə buraxılmaması, yardımların alınmaması bir neçə şübhəli məqamların olması ehtimalını da bizi əmin edir. Daha öncə Türkdən çörək istəmirik deyib, bizim yolladığımız humanitar yükü qəbul etməyənlər indi faktiki olaraq xristian rusdan yəni Cənubi Qafqazda bizim torpaqda onlara dövlət qurmuş və onların faktiki himayədarı olan ölkədən də humanitar yardım almaq istəmirlər. Bu, artıq fərqli məqamlardan, daha şübhəli, daha ciddi məqamlardan xəbər”.
Görünən odur ki, ermənilər çox böyük bir çirkin plan üzərində var-gəl edirlər. Bu plan özlüyündə böyük xislətlərdən xəbər verir. Ancaq bir reallığı - Azərbaycan boyda həqiqət və ədaləti yenə sınağa çəkirlər, səbri ilə oynayırlar. Bu qaranlıq yolun mayakının şüasının bir daha gözlərini kor etməsini arzu edirlər. Biz hazırıq!
Elnur Vahidoğlu
- Baxış: 758