• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 11.09.2023 16:17

30 il əvvəl Füzulidə itkin düşən Əsəd Məmmədovun qalıqları Ağstafada dəfn olunub

KepezTV Player

30 il əvvəl Füzuli rayonunda itkin düşən, bir qədər əvvəl kütləvi məzarlıqda qalıqları tapılan şəhid Əsəd Məmməd oğlu Məmmədovun qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna gətirilib. Şəhidlə doğulduğu Eynallı kəndində vida mərasimi keçirilib. Mərasimə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qatılıb. Vida mərasimindən sonra şəhid Eynallı kənd qəbiristanlığında yaxınlarının məzarlarının yanında dəfn edilib. 1966-cı il təvəllüdlü Məmmədov Əsəd Məmməd oğlu 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürdmahmudlu kəndində gedən döyüşlər zamanı itkin düşüb. Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə kütləvi məzarlıqlarda aşkarlanan meytin qalıqlarından birinin ona məxsus olduğu müəyyən edilib.