• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 11.09.2023 12:21

136 yaşlı dini məbəd

KepezTV Player

Gəncədəki Aleksandr Nevski Pravoslav Kilsəsinin 136 illiyi qeyd olunub. Bu münasibətlə məbəddə dini ayinlər icra olunub. Kilsənin yaradılması ilə bağlı tədbirdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası idarəsinin katibi arximandrit Aleksiy (Nikonorov), Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan pravoslavlar da iştirak ediblər. Aleksandr Nevski Pravoslav Kilsəsi 1887-ci ildə şəhərin köhnə qəbiristanlığının yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına inşa edilib. 1916-cı ildə kafedral statusuna sahib olan kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası kimi istifadə edilib. Muzey eksponatlarının başqa bir yerə köçürülməsindən sonra məbəd binası anbar olub. 1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılıb.

Aleksiy Nikonorov- Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi: “140 ilə yaxındır Gəncənin mərkəzində yerləşən bu məbədə daxil olanda onun yaxşı vəziyyətdə qalması adamı heyran edir. Yaşının çox olmasına baxmayaraq, bina içəri daxil olan hər kəsi valeh edir. Bu, ilk növbədə Azərbaycan dövlətinin ölkədəki bütün konfessiya və dinlərə olan tolerant münasibətinin nəticəsidir. Məbədin tarixi-axitektur bina olaraq yaxşı vəziyyətdə saxlanılması nəinki Gəncə, bütün Azərbaycan üçün nümunədir. Bu, isə məbədə gələnlərin dini ayinlərini icra etməsində vacib amildir”.