• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 11.09.2023 11:29

Şəmkirdə qanunsuz saxlanılan ov silahları müsadirə edilib

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən tədbirlər nəticəsində 17 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb. Ümumilikdə cari ilin ötən dövründə 82 ədəd müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.