Azərbaycan Voleybol Federasiyası bölgələrdə voleybolun inkişafı və populyarlığının artırılması məqsədilə ulduz voleybolçuların bölgələrə səfərlərini təşkil edir. Bu dəfə millimizin üzvləri Gəncədə uşaq və yeniyetmə idmançılarla görüşüblər. Görüşdə veteran voleybolçularımız Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Parxomenko, həmçinin qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova, yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və federasiyasının digər əməkdaşları iştirak ediblər. 70-ə yaxın yeniteymənin qatıldığı görüşdə bu idman növünün tarixi haqqında, eləcə də texniki, taktiki məlumat veriblər. Voleybolçularımızın növbəti belə görüşü Tovuzda olacaq.
Polina Rəhimova- Azərbaycan millisinin üzvü: “Şəkidən sonra Gəncədə olmağımızın məqsədi, gənclərin voleybola marağını artırmaqdır. Çünki bizdən sonra millidə oynayan ordu formalaşmalıdır, onlar bizim bayrağımızı qaldırıb, dünya müqyasında ölkəmizi təmsil etməlidirlər. Biz voleybolun inkişafı üçün çalışmışıq və istəyirik ki, bizdən sonra da oynayan nəsil yetişsin. Bunun üçün çoxlu çalışmaq lazımdır və bəhrəsini görəcəklər”.
- Baxış: 261