• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 09.09.2023 19:06

Xəsarətlə nəticələnən yol qəzası olub

KepezTV Player

Tovuz şəhəri, Heydər Əliyev prospektində Ağstafa rayon sakini Xəyal Musayevin idarə etdiyi "Volkswagen" markalı avtomobillə "VAZ 2106"  markalı maşın toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü - 29 yaşlı Zeynalabdin Həsənov xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Almaz Əsədova- həkim: “Tovuz rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə Tovuz şəhər sakini 1994-cü il təvəllüdlü Həsənov Zeynalabdin Mehman oglu avtoqəza nəticəsində aldığı xəsarətlə daxil olmuşdur. Xəstənin hər iki diz oynağı sıyrılmışdı, xəstəyə ilkin tibbi yardım göstərilmişdi və hazırda vəziyyəti kafidir. Heç bir həyati təhlükəsi yoxdur”.  

Azad Mustafayev