Fransa, ermənipərəst mövqeyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin sabitləşməsində əngəl olan ölkə. Cənubi Qafqazda sülhün əldə edilməsinə badalaq vuran keçmiş həmsədr. Rəsmi Parisin birtərəfli mövqedən çıxış etməsi sirr deyil, Azərbaycana qarşı olduğu kimi. Fransa öz hərəkətləri ilə hazırda yaranan gərgin vəziyyətin də əsas katalizatoru kimi çıxış edir.
Fransa tarix boyu ədalətsizliyi, istismarı, müstəmləkəni davam etdirən bir ölkə olub. Keçmişi bu qədər çirkabla dolu olan bir ölkənin nəinki Azərbaycan-Ermənistan münasibətlərində və bizim regionda, ümumiyyətlə dünyada hansısa baş verən siyasi hadisələrdə tərəf kimi söz demək haqqı olmamalıdır. 30 il ərzində Qarabağ məsələsində susan Fransa indi ədaləti bərpa edən Azərbaycana yol göstərməyə çalışır.
Tural İsmayılov- politoloq: “Fransa və digər qüvvələr daima Azərbaycan əleyhinə saxta xəbər istehsalı ilə məşğuldurlar. Əslində Fransanın və onun tərəfdarlarının ən böyük yanlışlarından biri ondan ibarətdir ki, guya hansısa feyk informasiyaları dövriyyəyə buraxmaqla Azərbaycan cəmiyyətində Azərbaycan dövətinə qarşı olan inamı sarsıda biləcəklərini düşünürlər. Lakin başa düşmürlər ki, bu gün cəmiyyətimiz yekdilliklə Fransadan idarə edilən informasiya terrorunun fərqindədilər və ölkə vətəndaşları hamısı yaxşı başa düşürlər ki, Fransanın yaydığı heç bir xəbərə inanmaq olmaz. Əgər bir ölkə 30 il ərzində Azərbaycan torpaqlarının işğalı faktorunda işğalçını dəstəkləyirsə, bir ölkə post müharibə dövründə Azərbaycanın sülh çağırışlarını bloklayıb, əksinə Ermənistanın aqressiv müharibə ritorikasına dəstək veribsə və bu gün Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Fransanın casus şəbəkəsi Ermənistan-Azərbaycan şərti sərhədlərində daha da vəziyyəti gərginləşdirməklə məşğuldursa və Ermənistana son dövrlər əleyhinə atdığı hərbi aqressiv ritorikaya görə hansısa bir irad bildirə bilmirsə və bundan əlavə Fransanın həm senatında həm idarəetmə orqanlarında təmsil olunan siyasi xadimləri bu gün Azərbaycanın əleyhinə Beynəlxalq hüququn əleyhinə utanmazcasına işğalçılığı dəstəkləyirsə əlbəttə ki, belə bir ölkədən Azərbaycanla bağlı hansısa düzgün informasiya gözləyə bilmərik”.
Bu gün Fransa Paris merinin əli ilə Qarabağdakı erməni separatçılara fəal şəkildə köməklik göstərir. Bu cür təxribatlar erməni hökumət orqanları və diasporunun regionda vəziyyətin kəskinləşməsinə yönəlmiş kampaniyasının davamıdır. Düşünülməmiş belə hərəkətlər isə vəziyyəti daha da gərginləşdirir.
Tural İsmayılov- politoloq: “Paris meri Ann İdalqo ümumiyyətlə kifayət qədər qalmaqallı obrazdır. Onun haqqında daha əvvəl yayılan məlumatlar da göstərir ki, o bügünə qədər müxtəlif vəzifələrdə korrupsiya və rüşvətxorluğa bulaşıbdır. Eyni zamanda Ann İdalqonun Paris meri olduğu dövrdə Fransa dövlət büdcəsindən Parisin inzibati imkanlarından genişləndirilməsi həmcinin infrastruktur imkanlarının daha da yaxşılaşdırılması ilə bağlı ayrılan pullar aidiyyatı üzrə xərclənməyibdir. Bir necə dəfə Fransanın hüquq orqanları Paris meriyasına ayrılan maliyyənin doğru-düzgün xərclənməməsi ilə bağlı öz narazılığını bildirib. Və təbii ki, belə olan təqdirdə Paris merinin Azərbaycan əleyhinə Ermənistanla birləşib fəaliyyət göstərməsi Ermənistan lobbisindən həmcinin Fransada və Qərbdə müxtəlif ölkələrdə, şəhərlərdə mənzillənmiş diasporalardan pullar alınması artıq bilinən bir faktordur. Bu günlərədə Paris merinin Ermənistana səfər etməsi və Xankəndi erməniləri haqqında Ermənistanın uydurduğu yalanları, böhtanları tirajlaması, bu böhtanlar üçün növbəti “yük kanvoyunu” beynalxalq hüququn normalarını kobudcasına tapdalayaraq Azərbaycan ərazilərinə daxil etməyə çalışması ümumiyyətlə Fransanın yüksək rəhbərliyində idarəetmədə təmsil olunan insanların nə qədər ikiüzlu, saxtakar və yalançı olduğunu göstərir”.
Bu gün nəinki Fransa, ədalətsizliyə göz yuman, ikili standartlar tətbiq edən bütün beynəlxalq təşkilatlar və ölkələr tarix qarşısında utanmalıdır. Çünki hansısa ölkənin suverən ərazisində daxil olub, onun vətəndaşlarını öldürüb, ərazisini zəbt edən bir ölkəni- Ermənistanı dəstəkləmək heç də insanlığa sığmır.
Tural İsmayılov- politoloq: “Bu günə kimi Azərbaycan 1-ci Qarabağ müharibəsində əsir və itkin düşmüş 4000 azərbaycanlının taleyinə aydınlıq gətirməyib. Hələ də Ermənistan tərəfindən Azərbaycana qarşı olan mina terroru davam edir. Azərbaycan ərazilərində separatçılar qalmaqda davam edir və qeyri-qanuni silahlı birləşmələr hələ də torpaqlarımızdan çıxarılmayıb. Ona görə mən hesab edirəm ki, beynəlxalq birliklə bağlı bizim artıq gözləntilərimiz tamamilə 0-ın altında olmalıdır”.
İllərdir işğalçıya, işğala məruz qalmış tərəfdən üstün mövqe sərgiləyən Fransa indi də haqq işində israrla Azərbaycana qarşı çıxır. Humanitar böhran, blokada məsələlərində dəridən-qabıqdan çıxmaqla bacılarına dəstək nümayiş etdirir. Nəticədə sülə zərbə, separatizmə dəstəyi müşahidə edirik.
Aişə Rzayeva
- Baxış: 293