• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 09.09.2023 19:08

Rusiya Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni sakinlərə ərzaq yardımı göndərir

KepezTV Player

Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndi şəhərinə çatdırılması üçün ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş 1 tır bu gün saat 14:30 radələrində Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, həmin yük maşını Samur-Bakı, Bakı-Bərdə, Ağdam və Əsgəran istiqamətində hərəkət edir. Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək.