• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 08.09.2023 20:04

Beynəlxalq yarışlarda nailiyyət qazanan idmançılar vətənə qayıdıb

İstanbulda keçirilən kikboksingin WAKO versiyası üzrə uşaq, yeniyetmə və gənclərin Avropa çempionatının qızıl mükafatçısı Baba Abbaszadə və bürünc mükafatçısı Taleh Bayramovun, həmçinin Tbilisidə keçirilən Sambo üzrə beynəlxalq turnirdə komanda tərkibində 3-cü yerə layiq görülən Elcan Abbasovun qarşılanma mərasimi olub. Çıxışlarda xüsusilə kikboks idman növü üzrə müxtəlif idman yarışlarında uğurların və müsbət nəticələrin ürəkaçan olduğu vurğulanıb. İdmançılar daha çox çalışaraq beynəlxalq yarışlarda medal qazandıracaqlarını bildiriblər. 

Baba Abbaszadə- Avropa çempionu: “2 döyüş döyüşdüm. Biri Ukrayna, digəri macarıstanlı idi. İkisinə də qalib gələrək Avropa çempionu tituluna layiq görüldüm. Çətin olmağına çətin idi, amma şükürlər olsun, əziyyətimiz yerdə qalmadı”.

Taleh Bayramov- Avropa çempionatının bürünc mükafatçısı: “Yarımfinal döyüşündə dünya reytinqində 51 kq çəki dərəcəsində Lowking növündə 1 nömrə olan İtaliya idmançısı ilə qarşılaşdım. Bu döyüşdə 1-ci və 2-ci raund tam üstünlük bizdə olmasına baxmayaraq, 3-cü raund hakimlərin diqqətsizliyi nəticəsində məğlub edildim. Bu məğlubiyyətə heç heyfslənmirəm, gələcəkdə - qabaqda dünya çempionatı yarışımız var, bu yarışa tam ciddi şəkildə hazırlaşacağıq, inşallah”.