• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 08.09.2023 16:21

Tədris ilinin nəticələri müzakirə edilib

KepezTV Player

Arxada qalan tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə məzunlardan 46 faizi tələbə adını qazanıb. 251 orta məktəb üzrə 83 min 698 şagirdə 10 min 697 müəllim dərs keçib. Müəllimlərin ənənəvi sentyabr konfransında IV siniflərin monitorinq və IX sinif buraxılış imtahanlarının nəticələri, Respublika fənn olimpiadaları, təhsil müəssisələrində aparılan təmir-tikinti məsələləri müzakirə edilib. Yeni tədris ilində qarşıda duran vəzifələrdən danışılıb. Bir qrup pedaqoqa təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Elnur Vahidoğlu