Samsung Display şirkəti bir neçə müddət bundan öncə şirkət daxili təqdimat tədbiri keçirib və tədbir çərçivəsində All Around Full Screen adlı növbəti nəsil ekran texnologiyasını sərgiləyib. Ice Universe ləqəbli məşhur insayderin təqdim etmiş olduğu təqdimat fotosundan da görmək olar ki, yeni nəsil ekranın ətrafında heç bir çərçivə olmayacaq və ekranın kənar hissələri smartfon gövdəsi ilə birləşəcək. Bununla belə fotoda əks olunmuş smartfonda heç bir şarj girişi yoxdur. Fotoda üstəlik qeyd edilib ki, Samsung ekranın alt hissəsinə yerləşdirilən ön kamera texnologiyasını yaxşılaşdıracaq. Nəticədə şirkət heç bir çərçivəyə sahib olmayan smartfonu satışa çıxara biləcək.
- Baxış: 524