Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobillərinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıb. Həmin sürücülərin qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirdiyi və "KamAZ" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirdiyi məlum olub. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Dövlət qeydiyyat nişanlarına müdaxilə etmək qanunazidd əməldir və inzibati məsuliyyət yaradır.
- Baxış: 590