Yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, açılışı nəzərdə tutulan məktəblərdə təhsil alacaq şagirdlərin sayında artımlar mütəmadi olacaq, çünki köç prosesi davam edir.
Emin Əmrullayev keçirdiyi brifinqdə deyib ki, növbəti tədris ilində 220 min uşağın məktəbəqədər təhsilə cəlbi nəzərdə tutulur. Nazirin sözlərinə görə, son bir ildə tərbiyəçi vəzifəsinə müsabiqə yolu ilə 241 nəfər işə götürülüb. İl ərzində 50 bağça müdiri işdən azad edilib. İcma əsaslı qrupların sayının artırılması və yeni alternativ modellərin tədbiqi planlaşdırılır. Elm və təhsil naziri sertifikatlaşdırılma prosesindən də danışıb.
Emin Əmrullayev- Elm və təhsil naziri: “İkinci ildir ki, sertifikatlaşdırılma həyata keçirilir. Ötən il uğur qazanmamış müəllimlər bu il də sertifikasiyadan keçiblər. Ölkə üzrə 21180 ibtidai sinif müəllimi bu il sertifikasiyadan uğurla keçib”.
- Baxış: 312