• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2109
— 06.09.2023 16:28

Şəhidlərin xatirəsi bulaqla əbədiləşdirilib

KepezTV Player

Gəncədə şəhidlərin xatirəsinə bulaq inşa edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirələrini əbədiləşdirmək məqsədi daşıyan bulaq Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə istifadəyə verilib. Şəhər ictimaiyyətinin nümayəndələri, qəsəbə sakinləri və qazilərin iştirak etdiyi tədbirdə Vətən Müharibəsi şəhidlərinin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb. Bu kimi bulaqların istifadəyə verilməsi işğaldan azad olunmuş torpaqlarımızı vətən edənlərə göstərilən hörmət və ehtiramın nümunəsi olduğu vurğulanıb.