• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2554
— 06.09.2023 12:26

Yeni texnikalar Gəncə şəhərinin təmizliyinə xidmət edəcək

KepezTV Player
Gəncədə şəhərin təmiz saxlanılması, yaşıllıq zolaqlarının qorunması və suvarılması, abadlıq işlərinin aparılmasında yeni texnikalardan istifadə olunacaq. 1 ədəd traktor, 2 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi, 1 ədəd tozsoran, 1 ədəd yollarda cizgi çəkən maşın, 2 ədəd kiçikqabaritli məişət tullantılarının daşınması üçün nəzərdə tutulan motorol, 1 ədəd odunüyüdən aqreqat bu məqsədlə alınıb. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İxtisaslaşdırılmış Avtomobil parkının texnikalarla yenilənməsi şəhərdə əhaliyə göstərilən xidmətlərin və şəhər təsərrüfatında görülən işlərin daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Texnikalarla tanışlıq zamanı son 4 ildə İstehsalat Birliyinin balansına 57 müxtəlif təyinatlı yeni texnikanın verildiyi vurğulanıb. Hazırda Avtomobil parkında 160-a yaxın texnika var.