Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq səkkiz gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyiblər. Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Özlərini humanitar fəlakətdəki kimi aparan Qarabağ ermənilərinin qeyri-adekvatlığı özünü Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən un kisələrini qəbul etməməklə bir daha təsdiqləyir. "Acından ölənlərin" un kisələrini qəbul etməməsi fəlakət adı altında formalaşdırılan vəziyyətin şoudan başqa bir şey olmadığını deməyə əsas verir. Qarşı tərəf isə qərarlıdır, 40 tonluq yardım ermənilərə çatdırılmalıdır.
- Baxış: 274