İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti Gəncədə raket hücumuna məruz qalan ərazidə faktaraşdırıcı missiya həyata keçirib. Qurumun Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi heyət Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalan ərazidəki vəziyyətlə tanış olublar. Müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində zərərçəkən sakinlərlə görüşüblər. Missiya üzvlərinə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə etməklə, mülki əhaliyə qarşı törədilən, çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnən hərbi cinayətlər barədə məlumat verilib.
- Baxış: 252