Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirmək məqsədilə Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatının Nigeriya, Türkiyə, Oman, Səudiyyə Ərəbistanı, Pakistan, və Qvineya təmsilçiləri daxildir. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.
- Baxış: 349