• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 01.09.2023 20:06

Prezident İlham Əliyev sərəncamlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə 291 min 200 manat vəsait ayrılıb.

Dövlət başçısı Azərbaycanda dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə dövlət büdcəsindən Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılması barədə sərəncam da imzalayıb.

Daha bir sənədlə Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Qapalı Səhmdar Cəmiyyətin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları”nın birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə olunub.

Vüsalə Cənnətova