KepezTV Player
Ağdam-Xankəndi avtomobil yoluna elektirik xətti çəkilir. İlkin mərhələdə çəkilən elektrik xəttinin uzunluğu 1500 metr olacaq. Hal-hazırda Ağdam-Xankəndi yolu üzərində qurulan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükləri dayandığı əraziyə 110/35/10 kilovotluq Ağdam 2 yarımstansiyasından 1 km yarım məsafədə 10 klovotluq xətt çəkilir. Bunun üçün 34 işıq dirəyi basdırlmalıdır. Onun 20 ədədi basdırılıb, quyuları qazılıb məftili buraxılıb. İşlərin günun sonuna kimi yekunlaşması nəzərdə tutulub.
- Baxış: 365