• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 01.09.2023 16:13

QAİ: "Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının həlak olduğu məkandır"

Qərbi Azərbaycan İcması Ermənistanın təxribatını şiddətlə qınayıb və Ermənistan hökumətindən öz bəd əməllərini dərhal dayandırmağı tələb edib. İcmadan verilən xəbərə görə, Ermənistan tərəfinin mənfur təxribatı məhz Göyçə mahalı istiqamətindən etməsi əlavə həssaslıq doğurur. "Xatırladaq ki, Göyçə mahalı, o cümlədən, Zod kəndi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazi olub. Ermənistan hökuməti Ermənistanın digər bölgələri kimi Göyçə mahalının azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların məscidlərini, qəbiristanlıqlarını və mədəni abidlərini dağıdıb. Hazırda Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının soyuq qış aylarında Ermənistanın təqibləri və zorakılığından qaçarkən həlak olduğu məkandır. Dünya birliyini, hərbi təxribatlarına son qoyması, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına imkan verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq", - deyə İcmadan bildirilib.