• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2034
— 01.09.2023 12:03

Bakıdan göndərilən ərzaq yükü 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir

KepezTV Player

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 4 ton un olan iki yük maşını artıq dörd gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyiblər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. “Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”, - deyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.