Bu gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan müəllimlər sertifikatlaşdırmanın test imtahanı mərhələsinə cəlb olunublar. İmtahan Gəncə Daşkəsən Regional Təhsil İdarəsi üzrə olan pedaqoqlar üçün də təşkil edilib. Gəncədə 400-ə yaxın müəllimin iştirak etdiyi sertifikatlaşdırmanın test imtahanı 12 və 28 nömrəli orta məktəblərdə keçirilib. Proses iki növbəli olub və xüsusi ayrılan zallarda müəllimlər öz biliklərini nümayiş etdiriblər. Pedaqoqlar keçid balını topladıqdan sonra müsahibə mərhələsində iştirak edəcəklər. Sertifikatlaşdırmanın müsahibə mərhələsi isə onlayn formatda təşkil olunacaq. Bundan sonra isə nəticələrə uyğun olaraq maaş artımı tətbiq ediləcək.
- Baxış: 664