KepezTV Player
Bakıdan Xankəndiyə göndərilən un məlumatlarının keyfiyyət sertifikatı var. Sertifikatın rus dilində olan versiyasını da Rusiya sülhməramlılarına təqdim etmişik. Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib. “Hazırda gözləmə mövqeyindəyik”, - deyə o bildirib. Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.
- Baxış: 251