• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 29.08.2023 19:20

Gorançaydan sel keçib

KepezTV Player

Bu gün günorta saatlarında Qərb bölgəsində müşahidə olunan intensiv leysan yağışları Goranboyun bəzi qəsəbələrində selə səbəb olub. Belə ki, leysan yağışla əlaqədar yağış suları yamaclarla axaraq Goranboy rayonunun Aşağı Ağcakənd və Böylü qəsəbələrinə daxil olub və nəticədə Gorançayın aşağı axınında sel əmələ gəlib. Ağcakənd kəndində yarım saat davam edən daşqın qəsəbədə piyada və avtomobillərin hərəkətinə çətinlik yaratsa da, fərdi evlərə və təsərrüfatlara ciddi ziyan vurmayıb.

Göygöl rayonunda leysan yağışlardan sonra isə şəxsi təsərrüfatlara zərər dəyib. Şəhərin bir neçə küçəsində yerləşən fərdi evlərə, həyətyanı sahələrə yağış suları dolub.

Fərid Mehdiyev