KepezTV Player
Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamları ilə Əkrəm Akif oğlu Zeynallı Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qismət Füzuli oğlu Gözəlov Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Həsən Sultan oğlu Zeynalov Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezidentin daha bir Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
- Baxış: 267