Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Qızıl Aypara Cəmiyyətinin yolladığı humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Humanitar karvan Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək.
Novruz Aslan- Qızıl Aypara Cəmiyyətinin sədri: “Bizim Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri və könüllüləri səfərbər olublar. İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət tərəfindən, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq".
- Baxış: 325