Gəncədə prospekt və küçələrin asfaltlanması işləri sürətlə davam edir. İşlər şəhərin su və kanalizasiya xətlərinin yenilənməsi zamanı qazıntı işləri aparılan küçələrində, eləcə də asfalt örtüyü olmayan ərazilərdə aparılır. Yolların rəvan olması üçün lazımınca texnika və canlı qüvvə cəlb edilib. İlk olaraq ərazilərin yataq hissələri düzəldilir və asfalt tökülməsi üçün hazırlanır. Artıq şəhərin Heydər Əliyev, Əziz Əliyev, Nəriman Nərimanov prospektlərində, eləcə də həmin prospektlərə yaxın olan küçələrində birinci və ikinci lay asfalt örtüyünün tökülməsi işləri tam başa çatdırılıb. Həmçinin küçələrin hərəkət zolağının sağ və sol hissələrində eni 1-2 metr olan səkilər də asfaltlanır. Bəzi yolların kənarındakı səkilərə beton plitələr düzülür. Gəncədə su və kanalizasiya xətlərinin çəkilib başa çatdığı digər ərazilərdə də asfaltlanma işləri aparılacaq.
Vidadi Məmmədov- sakin: Camaatın gediş-gəlişinə, maşınların təmirinə ehtiyac olmur. Küçələr təmiz olur. Sakin kimi çox razıyıq. Arzu edərdik ki, bu işlər şəhərimizin digər hissələrində də yerinə yetirilsin”.
Elnur Əhmədov- sakin: “Rahatçılıq yaradır. Həm avtomobillərin hərəkəti üçün, həm də piyadalar üçün olduqca yaxşıdır. Əlbəttə ki, çox razıyıq, çox sağ olsunlar”.
Ceyhun Bediyev- sahə rəisi: “Biz hazırda Nizami prospektində işləyirik. Buranın bütün təmizlik işləri başa çatıb. Hazırda asfaltın alt qatını vururuq. Bununla yanaşı burada səki daşların bərpası işləri də gedir. Bununla yanaşı Nərimanov prospektində də işlərimiz gedir”.
- Baxış: 383