• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1569
— 28.08.2023 16:12

Prezident İlham Əliyev sərəncamlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın, eləcə də, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamlar imzalayıb.

Dövlət başçısının imza atdığı digər sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.