• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 28.08.2023 12:09

Saxlanılan şəxsə narkotik ötürməyə cəhd edən qadın saxlanılıb

KepezTV Player

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Rayon Məhkəməsinin qərarı ilə saxlanılaraq Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilən şəxsə narkotik vasitə keçirməkdə şübhəli bilinən qadın saxlanılıb. Qazax rayon sakini olan 35 yaşlı Maral Osmanovanın tanışı Elvin Mansurova gətirdiyi geyim və digər əşyaların arasındakı nəm salfet qutusunun içərisindən 1 ədəd bükümdə narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Narkotik maddi sübut kimi müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.