• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 26.08.2023 19:40

Prezident və xanımı “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər. Dövlət başçısı çıxış edərək bir sıra məsələlərə toxunub.

İlin sonuna qədər Laçında 900 ailə üçün evlər hazır olacaq. Mayın 28-dən Laçının dirçəliş dövrü başladığını deyən Prezident İlham Əliyev bu günə qədər 1000-ə yaxın Laçın sakininin şəhərdə məskunlaşdığını bildirib. 

Ali baş komandan bu il aprelin 23-də Laçında, Azərbaycan-Ermənistan sərhədində qoyulmuş sərhəd-buraxılış məntəqəsindən də danışıb. 

Laçının cəmi 8-9 ay ərzində qurulduğunu deyən ölkə başçısı sonda laçınlıları Şəhər Günü münasibətilə təbrik edib.