• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 25.08.2023 16:01

Rusiya sülməramlılarının müşayiəti ilə separatçıların qanunsuz daşımalarının yeni görüntüləri

KepezTV Player

Erməni separatçıların Qarabağ ərazisində Rusiya sülməramlılarının himayəsi altında qanunsuz əməlləri davam edir. Növbəti dəfə daha bir belə fakt qeydə alınıb. Belə ki, Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımaları həyata keçirilib. Videodan göründüyü kimi, sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə erməni qeyri-qanuni silahlı birləşmələrinin döyüş mövqelərinə təminat vasitələri daşıyırlar. Xatırladaq ki, daha öncə də Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımalarına dair videolar yayılıb.