• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 25.08.2023 12:20

Zabux kəndinə qayıdış

KepezTV Player

Daha 20 ailənin yurd həsrəti bu gün sona çatdı. Laçının Zabux kəndinə ilk köç karvanı yola salındı.

Yolasalma mərasimində iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, bu ilin fevraldan Zabux kəndində başlayan tikinti və quruculuq işlər başa çatıb. Kəndindəki yeni evlərdə alternativ enerji mənbələrindən də istifadə olunacaq.

Bir neçə gün öncə Zabuxa ilk qayıdacaq ailələr arasında püşkatma olub. Ailə tərkibinə uyğun olaraq 2-3-4- və 5 otaqlı evlərin verilməsi təmin edilib.

İndiyədək Laçın rayonunda 254 ailənin yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.