• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 24.08.2023 20:02

Hərbi qulluqçularımız beynəlxalq təlimdə iştirak edirlər

KepezTV Player

Azərbaycan Ordusunun hərbi qulluqçuları Gürcüstanın Tbilisi şəhərində "Agile Spirit 2023" çoxmillətli hərbi təlimində iştirak edirlər. Taktiki və komanda-qərargah təlimində 21 ölkənin nümayəndələri iştirak edirlər. Beynəlxalq təlimdə əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib. Çoxmillətli təlim Gürcüstanda 11-ci dəfədir təşkil edilir.