• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1442
— 23.08.2023 20:01

Küçə heyvanları üçün sığınacaq istifadəyə verilib

KepezTV Player

Gəncə şəhərində sahibsiz küçə heyvanları üçün nəzərdə tutulan sığınacaq istifadəyə verilib. Sığınacaq ictimai təşəbbüs olaraq irəli sürülən pilot layihə çərçivəsində yaradılıb. Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dəstəyi ilə yarıdılmış sığınacaqda sahibsiz heyvanlar müalicə ediləcək, peyvəndlər vurulacaq. Şəhər ərazisində küçə itlərinin sayının çoxaldığı nəzərə alınaraq bu sığınacağa gətirilən sahibsiz küçə heyvanları xüsusi iynələrlə qısırlaşdırılacaq, quduzluğa qarşı peyvəndlər vurulduqdan sonra yenidən buraxılacaqlar. Sığınacaqda 1 baytar, 2 əməkdaş, bir neçə nəfər isə könüllü çalışacaq.