Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq əsir, girov və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi prosesində üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Bu barədə televiziyamıza açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Deputat deyib ki, təkcə Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın azərbaycanlı barədə məlumatların Ermənistan tərəfindən bu günə kimi təqdim olunmaması bunun əyani sübutudur. Eyni zamanda Vətən müharibəsində itkin düşmüş 6 hərbçimizin taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Beynəlxalq Qızıl Xaç Komitəsi də bütün bunlara göz yumub.
Deputatın fikrincə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda humanizmdən çox, separatçılığa, separatçılara xidmət edir. Bu təşkilat, həmçinin, 21-ci əsrdə dini ayrı-seçkiliyə şərait yaradır. Belə ki, sözügedən komitə müsəlmanların taleyinə qəsdli şəkildə biganə yanaşır.
- Baxış: 324