• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2027
— 23.08.2023 12:24

Prezident: "Azərbaycan və Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatdırıb"

KepezTV Player

"Biz bu gün görüşlər və danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlardan sonra mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, artıq əldə edilən nəticələr iki ölkənin doğru yolda olduğunu göstərir. Prezident deyib ki, ölkələrimiz arasındakı münasibətlər ən yüksək səviyyəyə çatdırılıb. "Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir, həmçinin onu göstərir ki, gündəlik kifayət qədər genişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.