• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1105
— 22.08.2023 12:01

Füzuli sakinlərinin doğma yurda qayıdışı

KepezTV Player

Daha bir neçə ailə Füzuli şəhərinə yola salınıb. Belə ki, bu gün səhər saatlarında 89 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönüb. Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr Füzuli şəhərində işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.