• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 21.08.2023 20:20

Xarici diplomların tanınması üçün müraciət daha da asanlaşır

KepezTV Player

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeni qaydalar təsdiqlənib. Meyarlar Azərbaycan Prezidentinin təsdiq etdiyi fərman ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda əks olunub. Belə ki, artıq tanınan xarici diplom sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib.

Məlumdur ki, xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı müxtəlif problemlər mövcud idi. Buna səbəb bəzi hallarda tələbələrin məlumatsızlığı olurdu. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat almadan xaricdə təhsil almağa üstünlük verirdilər. Sonda isə zamanlarını boş yerə sərf edir və Azərbaycanda tanınmayan, keçərsiz olan diplom alırdılar. Polşada təhsil alan müsahibimiz Muhammedali Verdiyev də bu problemdən əziyyət çəkənlərdəndir.

Diplomların tanınması ilə bağlı yeni qaydalar bu sahədəki anlaşılmazlıqların aradan qaldırılmasını təmin edir. Dəyişikliklərdə olan əsas məqamlardan biri də xaricdə ali təhsil üzrə ixtisasların tanınmasında iki formanın müəyyənləşməsidir. Onlardan biri akademik, digəri isə peşə tanınmasıdır.

Həmçinin yeni qaydalara əsasən türk, rus və ingilis dillərində təqdim olunmuş sənədlərin tərcümə və notarial qaydada təsdiqinə ehtiyac yoxdur. Agentlikdən bildirildi ki, yeni qaydalar prosesin daha şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Bununla belə ekspertlər deyir ki, xaricdə təhsil almadan əvvəl tələbələr universitetin beynəlxalq reytinq sırasında hansı yeri tutmasını, təhsil alacaqları ixtisasın ölkəmizdə faktiki prioritet ixtisas siyahısında olmasını yaxşı araşdırmalıdırlar. Həmçinin həmin ixtisasın müvafiq əmək bazarında nə dərəcədə təlabatlı olmasını diqqətdə saxlamalıdırlar.