• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 21.08.2023 16:11

"Kəpəz"in Gəncədə 300-cü oyunu

KepezTV Player

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü ev oyununu keçirib. Bu, Premyer Liqanın III turuna təsadüf edib. Gəncə təmsilçisi öz meydanında “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub. 1992-ci ildən fasilələrlə ölkə çempionatında çıxış edən “Kəpəz” 300 matçda 179 qələbə qazanıb. Öz meydanında 50 heç-heçəsi olan komanda 71 dəfə uduzub. Yalnız üç komanda – “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma meydanda daha çox oyun keçirib.