• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 21.08.2023 16:19

Ölümlə nəticələnən ağır yol qəzası baş verib

KepezTV Player

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib. Hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb. Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını aşırıb. Avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov qəza nəticəsində xəsarətlər alıb və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq 21 yaşlı oğlanın həyatını xilas etmək mümümkün olmayıb. Hadisə şahidlərinin sözlərinə görə, bu ilk hadisə deyil.