• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1751
— 21.11.2017 15:26

Göygöldə magistral yolun ətrafına 500 ağac əkilib

KepezTV Player

Payız ağacəkmə kampaniyasına uyğun olaraq Bakı-Qazax-Gürcüstan  avtomobil yolunun 367-ci km-dən keçən hissəsinin kənarlarına Eldar şamı, kuknar, tuya və digər ağaclar əkilib. 418 km magistral yola xidmət edən 2 nömrəli Regional Avtomobil Yollarının Yaşılllaşdırması və Ekalogiyası MMC-nin işçiləri ərazi məişət tullantılarından təmizləyib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.

Taleh Mamedov sahə rəisi : “Gördüyünüz kimi ağac əkirik. Texnikanın vastəsi ilə quyular qazırıq. Quyuların dərinliyi 40 sm, eni 50 sm olur. Onların dibinə kübrə, qara torpaq veririk ki, kökü torpağa yaxşı otursun. Bunlar hamısı həmişə yaşıl ağaclardı. Öz işimizdən də zövq alırıq”.

Tural Qiyasov bağban: “Ağacları əkəndən sonra vaxtlı-vaxtında suvarırıq, budayırıq, qulluq edirik. Hər bir iş öz qaydasındadır. İşimi də sevirəm. Öz öhtəmə tüşən işi böyük zövqlə yerinə yetirirəm. İşimizdən də razıyıq”.

Əkilən ağaclar cəmiyyətin  1,6 ha ərazidə salınan 3 ağac tinglik təsərrüfatında yetişdirilir. Burada 60 minə yaxın ağac becərilir.

Əli Qurbanov baş aqronom: “ Hazırda dayandığımız tinglik təsərrüfatı Bakı-Qazaz- Gürcüstan avtomobil yolunun 257-ci km-dədir.Həmin tinglik 1 hk ərazidən ibarətdir. Burada 25 minə yaxın ağac yetişdirilir. Burada tinglər əsasən 1 il müddətinə qaldıqdan sonra toxumdan əkilir, aqrotexniki qayda da qulluq edilir. Bir ildən sonra seyrəldilib, başqa ərazilərə köçülür və sonra başqa əkin sahələrinə veririk. Biz iki ildir meyvə ağacları alma, armud, qoz ağaclarıni yol kənarlarəna əkirik. Əkilən ağaclara da aqro texniki qulluq edilir”.

Ağacların suvarılması üçün 5 su avtomobilindən istifadə edilib. Həmçinin 11 artezian quyusu da bu məqsəd üçün xidmət edir. Payız mövsümünün sonuna kimi 10 minə yaxın ağacın əkilməsi nəzərdə tutulur.