• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 19.08.2023 18:50

Qazaxıstan və Əlcəzair güləşçiləri millimizlə birgə məşq keçir

KepezTV Player

Göygöl Olimpiya İdman Kompleksində güləş üzrə beynəlxalq təlim-məşq toplanışı təşkil edilib. Hazırlıqda böyüklərdən ibarət sərbəst güləş üzrə milli komandamız ilə birgə iki ölkənin güləşçiləri də iştirak edir.

Bunlar Qazaxıstan və Əlcəzairi təmsil edən komandalardır. Asiyalılar artıq 10-cu dəfədir ki, bölgəyə səfər edirsə, şimali afrikalılar ilk dəfədir Göygölə təşrif buyurublar. Hər iki ölkənin ümumilikdə 15 pəhləvanı məşqlərə qatılıb. Qazaxstanlı pəhləvanlar 23 yaşadək sərbəst güləşçilərin dünya çempionatına hazırlaşırlar. Millimizin üzvləri ilə bərabər həm fiziki, həm də taktiki-texniki məşq prosesi keçən qonaqlar toplanışdan məmnun olduqlarını söyləyiblər.