• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1272
— 18.08.2023 20:41

Rəngli suları içək, yoxsa içməyək?

KepezTV Player

Havaların isti keçməsi insan orqanizminin mayeyə tələbatını artırır. Mütəxəssislər də günün isti vaxtında uzun müddət açıq havada olan şəxslərə tez-tez maye qəbul etməyi tövsiyə edirlər. Belə olan halda sərinlənmək üçün insanlar sərinləşdirici içkilərə müraciət edirlər. Çox vaxt isə seçimləri açıq şəkildə satılan rəngli sular olur. Bəs, görəsən, belə içkilərin keyfiyyətinə zəmanət varmı? Gigiyenik cəhətdən nə qədər təmizdirlər? Bütün bu sualların cavabı əməkdaşlarımızın araşdırmasında öz əksini tapıb.

Yay aylarında sərinləşdirici içkilərə tələbat artdığından şəhərin əsas küçə və prospektlərində rəngli suların satışına daha çox rast gəlmək olur. Bu məhsullar bəzən soyuducularda, bəzən isə açıq şəkildə satılır. Qiyməti 20 və ya 30 qəpik arasında olan bu suların keyfiyyəti sual doğurduğundan sağlamlıq üçün elə də faydalı sayılmır. Amma görünür, böyükdən kiçiyə hər kəsin istifadə etdiyi bu içkilərin tərkibindən ya xəbərimiz yoxdur, ya da xəbərimiz olsa belə damaq dadımızdan vaz keçə bilmirik.

Mütəxəssis deyir ki, qablaşdırılmış şəkildə satılan sərinləşdirici içkilərə üstünlük verilməsi daha məsləhətdir. Çünki ən azından bu, gigiyenik cəhətdən daha təmiz hesab olunur. Açıq şəkildə satılanlara gəlincə isə, bu, bir çox ciddi xəstəliyin yaranma səbəbi ola bilər.

Həkimin dilindən bəşərin ən təhlükəli xəstəliyinin adını eşitdik. Deməli, həyəcan təbili çalınacaq nüans var. 

Bu cür suların satıldığı obyektlər bəzən qanunsuz küçə ticarətinin tərkib hissəsi hesab olunur ki, buna da digər qurumlar tərəfindən nəzarət edilir. Qarşısının alınması üçün mütamadi olaraq müvafiq tədbirlər görülür. 

Aparılan təhlillər onu göstərir ki, piayadaların vurulması ilə nəticələnən hadisələrin əksəriyyəti səkilərdə olan maneələrdən qaynaqlanır. Yəni yollarda quraşdırılan, sadəcə sərinləşdirici içki kimi gördüyümüz bu qurğular həm səhhətimiz üçün, həm də bilavasitə həyatımız üçün təhlükə yaradır.