KepezTV Player
Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiqləyib. Yeni qanunla Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib. Taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olub. Minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz və proqram təminatı olmalıdır.
- Baxış: 303