• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 17.08.2023 20:22

Hesabat yığıncağı keçirilib

KepezTV Player

Gəncədə “2023-cü ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında cari ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb. Qeyd olunub ki, 2023-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində istehsal edilən ümumi məhsul buraxılışının həcmi 618,1 milyon manat təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Diqqətə çatdırılıb ki, Nizami Yurdunda İdman Sarayının, “Gəncə KOB evi”nin, Ekoloji Park Kompleksinin, o cümlədən orqanik gübrə istehsalı zavodunun və sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşaları sürətlə davam etdirilir. Eyni zamanda, vurğulanıb ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Toplantıda idarə, müəssisə və təşkilat rəhbərlərinin hesabat xarakterli məruzələri dinlənilib. Sonda hesabat yığıncağının qərar layihəsi qəbul olunub.