• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 17.08.2023 12:19

Prezident İndoneziya dövlət başçısını təbrik edib

KepezTV Player

“İnanıram ki, Azərbaycan-İndoneziya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”. Bu fikirlər Prezident İlham Əliyevin İndoneziyalı həmkarı Coko Vidodoya ünvanladığı təbrik məktubunda yer alıb. Dövlət başçısı İndoneziyanın milli bayramı- Müstəqillik Günü münasibətilə ən səmimi və xoş arzularını çatdırıb. 

Prezident İlham Əliyev Qabon  Prezidenti Ali Bonqo Ondimbaya da Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrikdə "İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək", - deyilir.