• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 16.08.2023 16:20

Abutiriyentlər üçün məsləhət mərkəzləri yaradılıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2022-2023-cü tədris ili üçün müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimini həyata keçirir. Avqustun 16-dan başlayan seçim turunun ayın 28-dək davam edəcəyi nəzərdə tutulur.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edilib. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna, o cümlədən altqrupuna aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. Bundan başqa müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə seçimi də həyata keçirilir. İxtisas seçən şəxslər bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Hər bir abitruyent özü də fərdi qaydada internet vasitəsilə seçimini həyata keçirə bilər. Amma mütəxəsislərdən yardım almaq istəsələr ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərinə yaxınlaşa bilərlər. Xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər bağlı köməklik göstərirlər.

Məsləhət mərkəzləri Azərbaycan Texnologiya Universiteti ilə yanaşı,  Gəncə Dövlət Universitetinin baş korpusunda və Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq və Zoo-mühəndislik tədris binasında həyata keçirilir. 

Bu tədris ili üçün Azərbaycan Texnologiya Universitetində 22 ixtisas üzrə 1105, Gəncə Dövlət Universitetində 50 ixtisas üzrə 1805 plan yeri ayrılıb. Azərbaycan Dövlət Aqrar Universitetində isə abituriyentlərə 32 ixtisas üzrə 1625 plan yeri təklif edilir ki, bunun da 1260-ı əyani, 125-i isə qiyabidir.